Planetimiz haqqında
Yer
Yer (lat. Terra) — Günəş sistemində üçüncü planet. Orbiti Venera və Mars planetlərinin arasında yerləşir.
Yer qrupu planetlərinin ən böyüyüdür. Canlı varlıqların yaşadığı yeganə planetdir. Planet təqribən 4-5 milyard il bundan əvvəl yaranıb. Yeganə təbii peyki Aydır. Yer səthi çox müxtəlif və eləcə də girintili – çıxıntılıdır. Onun kütləsinin 95-97 faizi birinci beş yüz milyon il ərzində yaranmışdır. Yer kürəsinin yarandığı müddətdən bəri Yerdə atmosfer, hidrosfer, biosfer və litosfer kimi dörd konsentrik örtük yaranmışdır. Bu örtüklərdən bəziləri əsasən Yer səthində qeyri-bərabər paylanmışdır.
Mündəricat
[gizlə]
Ümumi məlumat[redaktə]
Yer səthi 510 milyon kvadrat kilometrdir. Bunun 362 milyon kvadrat kilometri və ya 71 %-i okeanın, 148 milyon kvadrat kilometri və ya 29 %-i qurunun ərazilərinin payına düşür[1], . Yer səthinin şimal yarımkürəsində qurunun sahəsi ümumi ərazinin 39.4 %-ini, suyun sahəsi isə 60.6 %-ini təşkil edir. Cənub yarımkürəsində qurunun sahəsi 19 %, suyun sahəsi isə 81 %-dir. Qurunun sahəsi şimal yarımkürəsində cənub yarımkürəsinə nisbətən 10.4 % artıqdır. Suyun sahəsi isə əksinə, şimal yarımkürəsində cənub yarımkürəsinə nisbətən 18,4 % azdır. Deməli, Yer səthində su ilə quru qeyri-bərabər paylanmaqdan başqa o, şimal və cənub yarımkürələrində də qeyri-bərabər paylanmalıdır.[2]
Yer səthindəki qanunauyğunluq[redaktə]
"Okean-materik" qanunauyğunluğu haqqınada[redaktə]
Yer səthində müxtəlif qanunauyğunluqlar vardır. Onlardan biri odur ki, əgər qlobusda bir qitəni deşib keçsəniz, oxun ucu okeandan çıxacaqdır. Əgər oxu əks istiqamətdə okeandan keçirsəniz qitədən, yəni quru səthindən çıxacaqdır. Şimal Buzlu okeanın əks istiqamətində Antarktida, Afrika ilə Avropanın əksində Sakit okean, Hind okeanının əksində Şimali Amerika, Avstraliyanın əksində isə Şimali Atlantika yerləşir. Yer səthində ancaq Cənubi Amerika istisna təşkil edir. Onun əks istiqamətində dəniz deyil, Cənub-Şərqi Asiya yerləşir. Deməli, əgər qlobusu masanın üstündə fırlatsaq, onun üst tərəfində okean olarsa, alt tərəfində quru olacaqdır.
Materiklər haqqında[redaktə]
Yer səthində olan materiklər qoşa-qoşadır. Şimali Amerika Cənubi Amerika ilə, Avropa Afrika ilə qoşalaşır. Burada ancaq Antarktida müstəsnalıq təşkil edir. Əgər biz yer kürəsini dörd dilimə bölmüş olsaq ondan üç dilimə ancaq okean düşəcək, Antraktida isə dilimlərin ucunda dörd hissəyə "parçalanmış" olacaqdır. Yer səthinin bu xüsusiyyətlərini bir əsr bundan əvvəl (1868) Reklyu "üç birgə paralel əkiz materiklər qanunu" adlandırmışdır. Hər bir dilimdə olan materiklər cənub hissədə yerləşən şimaldakı materikə nisbətən şərqə doğru öz yerini dəyişmişdir. Deməli, onlar bir meridian üzrə yerləşmir.
Digər qanunauyğunluq:
- Materiklərin cənub hissəsi bir qanun olaraq nazik olub, oxvarı şəkildədir. Onların şimal hissəsi isə çox genişdir. Deməli, materiklər bir növ üçbucaq şəklindədir. Hətta Antarktida belə armudvarı şəklə malikdir.
- Cənub yarımkürəsi materiklərinin qərb hissəsi batıq, şərq hissəsi isə çıxıntılıdır. Odur ki, Afrikanın qərbində Qvineya, Avstraliyanın qərbində isə Böyük Avstraliya körfəzi vardır.
- Bəzi materiklərin şərq hissəsində əyməvarı şəkildə olan adalar silsiləsi olduğu halda, onların qərb hissəsində belə adalar silsiləsi yoxdur. Antil əyməsi, Asiyanın şərqində olan nəhəng adalar silsiləsi buna misal ola bilər.
Yerin xüsusiyyətləri[redaktə]
Yer səthində müşahidə edilən xüsusiyyətlər əsasən Yer kürəsinin öz oxu ətrafında fırlanması, eləcə də Yer qatında baş verən irimiqyaslı qalxma və çökmə ilə əlaqədardır. Şimal yarımkürəsində qurunun çox, Cənub yarımkürəsində az olması şimalda (mülayim zonada) qalxmanın, cənubda (mülayim zonada) isə çökmənin üstünlük təşkil etməsi ilə izah edilir. Lakin şimalda mülayim zonada baş verən qalxma şimal qütbündə çökmə ilə, cənubda, mülayim zonada isə çökmə Antarktidada qalxma ilə əvəz olunur.
Şimal yarımkürəsinə nisbətən Cənub yarımkürəsinin həcmi böyük sürətlə sıxılır.
Ekvator qurşağında materiklərin qalxması üzərinə xüsusi zonalarda baş verən əsrlik qalxmalar da gəlmişdir. Ekvator qurşağında Yer qabığı kütləsinin çökməsi Cənubi Amerikanın və Afrikanın oraqvarı şəkil almasına səbəb olmuşdur. Şimal yarımkürəsində materiklərin qərbə, Cənub yarımkürəsində isə şərqə hərəkət etməsinə əsas səbəb yer qabığının Şimal yarımkürəsində qalxmanın üstünlük təşkil etməsi ilə izah olunur. Materik və okeanların antipodluğunun hər iki yarımkürədə paylanması, quru və dənizlərin paylanma xüsusiyyətlərindən görünür ki, planetin fırlanma şəraitində bərabərlik müvazinətinin saxlanılmasını təmin edir. Deməli, bu qanunauyğunluqlar da, yerin fırlanmasının nəticəsidir.
Yer kürəsində buzlaqlar[redaktə]
Yer kürəsi təbiətində geniş sahə tutan soyuq ərazilər var. Dünya okeanlarının orta illik temperaturu +4 dərəcədir. Lakin onun 90 faizinin orta illik temperaturu sıfır dərəcəyə yaxındır. Coğrafi örtükdə elə yerlər vardır ki, orada daim mənfi temperatur hökm sürür. Soyuq sahənin əsas xüsusiyyətləri ondan ibarətdir ki, burada buzlaqlar yaranır. Buzlaqlar həm quruda, həm də Yer qatının üst hissəsində əmələ gəlir. Akademik S.A.Kalesnikin məlumatına görə, Yerin quru sahəsinin 10 faizi buzlaqla örtülüdür. Əgər bu buzlaqları quru səthinə eyni bərabərdə paylamaq mümkün olsa idi, onda quru sahəsində 182 metr qalınlığında buz qatı yaranardı. Əgər bunlar ərisə idi, dünya okeanının müasir səviyyəsi 66 metr qalxmış olardı. Belə halda okean səviyyəsindən 66 metr yüksəkdə olan bütün quru sahəni su basardı. Antarktidada buzlağın maksimal qalınlığı 4200 metrə, Qrenlandiyada isə 3400 metrə çatır. Əgər Antarktida buzlağı Qafqazı örtmüş olsa idi onda Kiçik Qafqazda heç bir zirvə buzlaq altından üstə çıxa bilməzdi. Böyük Qafqazda isə ayrı-ayrı zirvələr, adalar şəklində 400-500 metr ucala bilərdi.
Yer səthində daimi donuşluq 21 milyon kvadratkilometr sahə tutur. Bu, qurunun 14 faizini təşkil edir. Ondan ancaq bir milyon kvadratkilometri Cənub yarımkürəsi payına, qalan 20 milyon kvadratkilometri – isə Şimal yarımkürəsi payına düşür. Daimi donuşluğun maksimal qalınlığı Vilyuy çayının sol qolu olan Marxi çayının yuxarı axınında 1500 metrə çatır.
Yer qabığı[redaktə]
Yer qatının kontinental tipi quruya və okeanın 200 metrə qədər dərinliyi olan dibinə aiddir. Okean tipli Yer qabığı okeanın 4000 metrdən dərində olan dibində mövcuddur. 2000 metrdən 4000 metrə qədər dərinliyi olan okean dibi yer qatının kontinental tipindən okean tipinə keçid zonasıdır. Deməli, Yer qabığının qranit qatının qalınlığı müxtəlif olub, fasiləlidir. O, okean dibinə doğru yox olur. Yer qabığının qalınlığı Himalay, Pamir, Qafqaz dağları altında 60-80 kilometr, sualtı silsilələr altında 20-30 kilometrdir.
Hesablamalar göstərir ki, qurunun 70 faizini 1000 metrə qədər olan mütləq yüksəkliklər, okeanlarda isə 3000 metrdən 6000 metr arasında olan dərinliklər təşkil edir. Deməli, yer qabığının əsas hissəsini materiklər və okean çökəklikləri tutur. Quruda dağlar, okeanlarda isə çökəkliklər ikinci dərəcəli relyef elementləridir.
Yer qabığının iri strukturları əsasən meridian istiqamətində uzanır. Buna görə də materik şüaları, dağ sistemləri və eləcə də yer qabığının əsas alçalmaları meridian istiqamətində uzanır. Akademik A. Qriqoryev müəyyən etmişdir ki, materiklər əsasən mərkəz hissədə alçaq, ətraf hissələrdə isə əksinə, yüksəkdədir. Yer qabağında ən yüksək zirvənin (Everest dağı — 8848 metr) və ən dərin okean çökəkliyinin (Marian çökəkliyi — 11.034 metr) qərbdən-şərqə uzanan əsas quru sahəsi Alp qırışığı dövründə əmələ gəlmiş qurşağa aiddir. Buna Alp-Qafqaz-Himalay dağ sistemini misal çəkmək olar. Dünya okeanı dibində qərbdən-şərqə uzanan sınmaların eni 100-200 kilometr, uzunluğu isə bəzən 3000 kilometrə çatır. Belə sınma zonası Sakit okeanda 20-dən artıqdır. Bu sınmalar yer qabığının üfüqi istiqamətdə hərəkət etməsi nəticəsində yaranmışdır. Bir qrup alim istər dağ sistemlərinin, istərsə də tektonik sistemlərin və tektonik xətlərin uzanmasını ekvatorla qütb arasında baş verən sıxılmaların gərginləşməsi ilə izah edir. Başqa sözlə bu, yerin formalaşmasının dəyişməsi ilə bağlıdır.
Yuxarıda deyilənlərdən aydın olur ki, yer qabığında bir sıra ümumi oxşarlıq və fərq vardır. Onlardan biri Yer kürəsinin daxili quruluşundan irəli gələn amillərdən, digəri isə ondan çox-çox uzaqlarda — kainatda baş verən amillərdən asılıdır. Yer qabığında yaranan dəyişiklik istər şaquli və istərsə də üfüqi istiqamətlərdə baş verən hərəkətlərlə bağlıdır. Şaquli istiqamətdə baş verən tektonik hərəkətlər dağlıq ərazi, üfüqi istiqamətdə baş verən tektonik hərəkətlər isə əsasən düzənlik və çökəkliklər yaradır. Üfüqi və şaquli hərəkətlərin baş verməsi yer qabığı altındakı örtüyün — mantiya kütləsinin axması ilə əlaqədardır. Planetimizin fırlanması, istilik konveksiyası və ya yerin cazibə qüvvəsi nəticəsində qeyri-bərabər şəkildə hərəkətə gəlmiş qabıqaltı axın mantiya kütləsinin qalxmasına səbəb olur. Bu fərziyyə tərəfdarlarından birinin — Menardın fikrincə, mantiya kütləsininin yer qabığı altında qalxması okean dibinin şişməsinə və ya yüksəlməsinə, okean altında isə materik yastanlarının yaranmasına səbəb olur. Beləliklə, qabığın çatmavari qalxmaya məruz qalmasının zirvəsində sınmalar yaranır. Mantiya kütləsi Yer qabığının üst tərəfinə doğru axdıqda o, mərkəzdə iki hissəyə bölünür. Ondan bir axın sağa, digər axın isə sola doğru hərəkət edir. Şaquli istiqamətdə yer qabığına doğru qalxan axının iki şaxəyə bölündüyü yerdə yer qabığı əlavə olaraq dartınmaya məruz qaldığından o, (yer qabığı) parçalanır və okeanaltı dərələr — rift zonaları yaranır. Mantiya kütləsinin üfüqi istiqamətdə olan şaxələri materiklərin kökünə toxunduqda aşağıya doğru sıxılır və nəticədə materiklərə yaxın yerlərdə çökəkliklər və ya okean depressiyaları yaranır.
Yer kürəsinin temperaturu[redaktə]
Yerin həyat üçün ən lazımlı şərtləri onun temperaturu və atmosferidir. Planet canlıların, xüsusilə də insan kimi son dərəcə mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatura və nəfəs ala biləcəyi atmosferə malikdir. Ancaq bu iki amil də bir-birindən son dərəcə fərqli faktorların hər birinin ideal ölçüdə müəyyən edilməsilə əmələ gəlmişdir.
Bunlardan biri Yerin Günəşdən məsafəsidir. Əlbəttə, Yer Günəşə Venera qədər yaxın və ya Yupiter qədər uzaq olsaydı, həyata imkan verən temperatur ölçüsünə malik ola bilməzdi. Karbon əsaslı üzvi molekullar, 120 °C ilə -20 °C arasında dəyişən temperaturda əmələ gəlirlər. Günəş sistemində bu temperatura malik olan yeganə planet isə Yerdir. Bütün kainatı düşündükdə həyat üçün lazımlı bu temperatur intervalının əldə edilməsinin çox çətin olduğunu görərik. Çünki kainatdakı temperaturlar ən qızmar ulduzların milyardlarla dərəcə qorxunc temperaturlarından "mütləq sıfır" nöqtəsi olan -273.15 °C-yə qədər dəyişir. Bu nəhəng temperatur intervalı içində karbon əsaslı həyata imkan yaradan temperatur çox azdır. Amma Yer kürəsi məhz bu temperatura malikdir.
Amerikalı geoloqlar Frank Press və Reymond Siver də Yer səthinin temperaturuna diqqət çəkirlər. Bildirdiklərinə görə, "həyat sadəcə çox məhdud temperatur intervalında mümkündür… və bu temperatur Günəşin temperaturu ilə mütləq sıfır arasındakı mümkün temperaturların təxminən 1%-lik hissəsini təşkil edir. Yer kürəsinin istiliyi məhz bu intervaldadır." (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4) Yerin ideal temperaturunun planetdə bərabər paylaması da son dərəcə vacibdir. Belə ki, bu tarazlığın təmin edilməsi üçün bəzi xüsusi tədbirlər görülmüşdür.
Məsələn, Yer kürəsinin oxunun 23°27-lik mailiyi qütblərlə ekvator arasındakı atmosferin həddindən artıq istiləşməsinin qarşısını alır. Əgər bu maillik olmasaydı, qütb bölgələri ilə ekvator arasındakı istilik fərqi daha çox artacaq və həyat üçün lazım olan atmosferin mövcud olması mümkünsüz olacaqdı.
Yerin öz ətrafındakı yüksək fırlanma sürəti də temperaturun bərabər paylanmasına kömək edir. Yer kürəsi sadəcə 24 saata öz oxu ətrafında fırlanır və bunun sayəsində gecələr və gündüzlər qısa davam edir. Qısa davam etdikləri üçün də gecə ilə gündüz arasındakı temperatur fərqi çox azdır. Bu tarazlığın əhəmiyyətini bir günü bir ilindən daha uzun olan və buna görə gecə-gündüz arasındakı temperatur fərqi 1000 °C-yə çatan Merkuri ilə müqayisə edildikdə görmək olar.
Yer üzünün formaları da temperaturun bərabər paylanmasına kömək edir. Yerin ekvatoru ilə qütbləri arasında təxminən 100 °C-lik temperatur fərqi var. Əgər belə bir temperatur fərqi kələ-kötürlüyü çox olmayan səthdə baş versəydi, sürəti saatda 1000 km-ə çatan fırtınalara Yerin altını üstünə çevirərdi. Lakin yer üzü temperatur fərqinə görə ortaya çıxacaq qüvvətli hava axınlarının qarşısını almaq üçün kələ-kötür formadadır. Bu formalar, yəni sıra dağlar Çində Himalaydan başlayır, Anadoluda Taurus dağları ilə davam edir və Avropada Alp dağlarına qədər sıra dağlar şəklində uzanaraq qərbdə Atlantik okeanı, şərqdə Sakit okeanla birləşir. Okeanlarda isə ekvatorda əmələ gələn artıq temperatur mayelərin temperatur fərqini dərəcəli şəkildə tarazlaması sayəsində şimala və cənuba ötürülür.
Habelə Yerin atmosferində temperaturu davamlı şəkildə tarazlayan bir sıra sistemlər də var. Məsələn, bir bölgə daha çox isindikdə suyun buxarlanması artır və buludlar çoxalır. Bu buludlar isə Günəşdən gələn şüaların bir qismini geri qaytararaq aşağıdakı havanın və səthin daha çox isinməsinin qarşısını alır.
Bütün bunlar Yer planetinin həyat üçün xüsusi şəkildə yaradıldığını və bütün xüsusiyyətləriin bu məqsədə görə nizamlandığını göstərir.
Yaponiyada baş verən zəlzələ[redaktə]
Yaponiyada baş verən zəlzələ Yer kürəsinin oxunun (planet onun ətrafında kütləyə görə tarazlanır) yerini 15 santimetr dəyişməsi və sutkanın 1,6 mikrosaniyə qısalması ilə nəticələnib. Bunu NASA-nın reaktiv hərəkət laboratoriyasının nümayəndəsi Riçard Qross deyib.