ALİYEV ELVİN

Basketbol

Tarixi[redaktə]

Basketbol, ABŞın Massaçuests əyalətində, Sprinqfild Gənc Kişilər Xristian Birliyi (YMCA) Təhsil Məktəbində bədən tərbiyəsi müəllimi olan Jeyms Naismit tərəfindən 1891-də yaradılmışdır. Atlet və beyzbolculara qış məşqləri etdirmək məqsədiylə inkişaf etdirilən bu oyunda məqsəd, taxtadan edilmiş səbətlərə topun soxulması idi. İlk oyunalrda 7 nəfər iki komanda arasında 20 dəqiqəlik üç dövrə üzərindən oynanmışdır. Oyunun əsl hədəfini səbətlər meydana gətirdiyindən, Dr. Naismit tərəfindən bu oyuna "səbət topu" mənasını verən basketbol' adı verilmişdir.

Basketbol, yaradılmasından qısa bir müddət sonra YMCAi aşaraq bütün məktəblərə, universitetlərə və hətta gimnastika salonlarına qədər yayılmışdır. Gənclərdə bu idmana qarşı oyanan istək klubları basketbol şöbələri açıb komanda qurmağa məcbur etmiş və beləcə basketbol, Amerikanın ən məşhur milli oyunu halına gəlmişdir.

Avropada[redaktə]

Basketbolda oyun vəziyyəti

Basketbolun Avropadakı ilk sınağı, 1893-cü ildə Parisin Trevis küçəsindəki köhnə bir gimnastika salonunda edilmişdir. Daha sonraları, xüsusilə Birinci Dünya Müharibəsi əsnasında, basketbolun Avropada yayılmasında amerikalı əsgərlərin böyük təsiri olmuşdur. Sürətlə inkişaf göstərən basketbol beləcə Avropada ən yayılmış idmanlar arasında yerini almışdır. Amerika, 1897-ci ildə kişilər, ardından 1900-cü ildə qadınlar arasında ilk milli basketbol çempionatlarını təşkil edərək, bu idmanı ölkə diametrində məşhur hala gətirmişdir. Amerikalılar milli idman olaraq mənimsədikləri basketbolu, 1904 Sent Luiz Olimpiya Oyunlarında klub komanda arasında matçlar təşkil edərək, Olimpiya Oyunlarına qatılan bütün ölkələrə tanıtmışlar. 1905-ci ildə dünyanın ən böyük idman salonlarından Nyu York Madison Skver Qarden, qapılarını basketbola açmışdır.

Asiyada[redaktə]

Uzaq şərqdə də 1913-cü ildən etibarən qarşılaşmalar edilməyə başlanmışdır. Beləcə bu oyun bir neçə il içində Kanada, Fransa, İngiltərə, Avstraliya, ÇinHindistan başda olmaqla, bütün dünya ölkələrində sürətlə yayılmış, xüsusilə böyük şəhərlərdəki geniş idman sahələrində edilən universitetlər arası qarşılaşmaların, basketbolun baxımlı idman növü olaraq yayılmasında əhəmiyyətli rolu olmuşdur. Beynəlxalq Həvəskar Basketbol Federasiyası (FIBA), beynəlxalq qarşılaşmaları idarə etmək məqsədi ilə, 20 İyun 1932-də İsveçrənin Cenevrə şəhərində İsveçrə, Yunanıstan, İtaliya, Portuqaliya, Argentina, RumıniyaÇexoslovakiya Basketbol Federasiyalarının əməkdaşlığı ilə yaradılmışdır. FIBA hər dörd ildə bir, Olimpiya Oyunlarının təşkil edildiyi şəhərdə toplanaraq, basketbolu daha cazibədar hala gətirmək üçün lazımlı qaydada dəyişikliklərini etməkdədir.

Avropa Basketbol Çempionatı 1935-ci ildə başlamış, 2 ildə bir təşkil edilməkdədir. Həvəskar bir idman növü olaraq basketbol, ilk dəfə 1936-da Berlində təşkil edilən Olimpiya Oyunlarına daxil edilmişdir. 1951-ci ildə başlayan Kişilər arasında Dünya çempionatını 1953-də Qadınlar arasında Dünya Çempionatı izləmiş, Olimpiya Oyunlarına basketbol növündә qadınlar ilk dəfə 1976-da qatılmışlar. Avropa liqası isə 1995-96 mövsümündə başlamışdır.

Oyun Qaydaları[redaktə]

  • Basketbol müsabiqələri iki hakim tərəfindən idarə olunur. Qonaq komanda sahəni seçmə haqqına malikdir. Hər təhvil verən sonra sahə dəyişməsi edilər.
  • Oyun orta sahə xəttində hər komandadan bir oyunçu arasında edilən hava atışı ilə başlar. Hava atışına çıxan oyunçular topu tək əlləri ilə komanda yoldaşlarına qazandırma hədəfini daşıyar.
  • Oyun 10 dəqiqəlik dörd perioddan meydana gələr. Birlik vəziyyətində uzatma periodu oynanılır. Hər komanda ilk üç periodda və uzatma periodunda 2 dəqiqəlik bir dördüncü periodda iki fasilə haqqına malikdir. İkinci ilə üçüncü period arasında 15 dəqiqəlik dövrə arası verilir.
  • Hücum edən komanda öz sahəsini 8 saniyə içində tərk etmək 24 saniyə içində də hücumunu tamamlamaq məcburiyyətindədir əks halda top istifadə etmə haqqı rəqib komandaya keçir.
  • Oyunçu top ilə birlikdə top sürmə (dribbling) pas atma (passing) zərbə atma (shooting) fəaliyyətlərini etmə şansına malikdir. Bir oyunçu topu əlinə alaraq dayandırsa təkrar top atma şansına sahib deyil; topu istədiyi istiqamətə və adama pas ya da zərbə atmaq məcburiyyətindədir.
  • Hər komanda 5 adamdan meydana gələr və komandaların sərhədsiz oyunçu dəyişikliyi haqqı vardır. Əgər faul haqqını doldurmamışsa hər çıxan oyunçu təkrar oyuna daxil ola bilər. Bir komandadakı beş oyunçudan biri ortada (post) ikisi müdafiə etmə (guard) və ikisidə hücum (forward) oyunçusudur.
  • Oyunu bir baş hakim və köməkçi hakim olaraq iki hakim idarə edər.
  • Hər oyunçu beş faullə oyun xaricində qalar təkrar o matç üçün oyuna daxil ola bilməz. Hər oyunçunun fərdi olaraq etdiyi faul sayının cəmi komanda faullərini də təyin edər. Cəmdə dörd komanda faulünə çatan komandanın daha sonra etdiyi hər faul qarşı komandaya sərbəst atış istifadə etmə haqqı qazandırar.
  • Hakim tərəfindən dayandırılmadıqca top putadan və ya çevrədən dönsə oyun davam edər. Ayrıca oyunçu sahəni təyin edən xəttlərin xaricinə təmas etmədikcə top oyun xəttlərinin xaricinə dəymədən havadan sahə xəttinin xaricinə çıxsa da oyunçu topu içəri çevirə bilsə də oyun davam edər.
  • Hər ədəd atışından sonra və ya hakimin fiti çalmasının ardından oyun və oyun zamanı dayanar. Ədəd yeyən komandanın səbət gerisindəki xətt arxasından topu oyuna salması ilə həm zaman həm də oyun təkrar başlar. Oyun içindəki digər vəziyyətlərə görə hakimin göstərdiyi yerlərdən top oyuna salınar.
  • Üç ədəd xətti içindən edilən hər müvəffəqiyyətli atış iki ədəd üç ədəd xətti gerisindən edilən hər müvəffəqiyyətli atış üç ədəd olaraq qiymətləndirilər. Faullərdən və ya qayda pozuntularından ötəri qazanılan müvəffəqiyyətli sərbəst atışlar bir ədəd olaraq qiymətləndirilər.
  • Oyunçular iki vəziyyətdə cəzalandırılar:
  1. Fərdi qayda pozuntuları
  2. Faul edilən vəziyyətlər.
     

Qayda pozuntusu və ya səhvi (səhvli getmə topun xətt xaricinə çıxması hücum oyunçusunun üç saniyədən çox post içində dayanması v. b) top istifadə etmə haqqını qarşı komandaya verər. Edilən fərdi faullər ( itələmə çəkmə vurma tutma v. b) isə oyunçunun faul cəzası almasını təmin etdiyi kimi faulün edildiyi yer göz qarşısında saxlanılaraq rəqib topu yandan oyuna salar ya da sərbəst atış etmə haqqı qazanar.

  • Sərbəst atış haqqı ədədi faulun edildiyi zaman yer və növünə görə dəyişər. Şut atışı əsnasında faul edilmiş və atış ədəd olmamışsa atışı edən komandaya iki sərbəst atış haqqı verilər. Əgər atış ədəd olmuşsa bir sərbəst atış haqqı verilər. Bir sıra bir dövrədəki "komanda faul" sərhədini keçmiş və atış sahəsi xaricində faul etmişsə o zaman birə-bir deyilən sərbəst atış haqqını istifadə edər. Bu atışda qayda ilk atış ədəd olsa ikinci atış etmə haqqı qazanmaqdır. Birə-birdə ilk atışı qaçıran ikinci atışı edə bilməz top səbətdən oyun sahəsinə dönsə oyun davam edər. Texniki faullərdə (oyunu gecikdirmə sportmenlik xarici davranışlar hakimə etiraz icazəsiz oyuna girmə v. b) iki sərbəst atış haqqı verilər.
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol