ALİYEV ELVİN

Melumat

Mikayıl Musfiq
 
  Mikayıl Müşfiq Mikayıl Müşfiq Mikayıl Əbdülqadir oğlu İsmayılzadə İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (5 iyun 1908 — 6 yanvar 1938) — şair, 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdu. Həyatı Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O,
əslən Xızı rayonundan olub. İbtidai təhsilini
inqilabdan əvvəl rus-tatar məktəbində
almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və
12 saylı II dərəcəli məktəbdə oxumuşdur.
Azərbaycan Dövlət Darülfünunun dil və
adəbiyyat fakültəsini bitirmişdir (1927-1931). Yaradıcılıq fəaliyyəti Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır.
Bakı orta məktəblərində yeddi il müəllimlik
etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta
məktəbi olmuşdur (bu məktəb indi onun adını
daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeirilə
başlamışdır. Bundan sonra dövri mətbuatda
müntəzəm çıxış etmişdir. O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur.
1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürmüşdür[1]. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı
xatirələr kitabı nəşr olunmuşdur. Kitabın son
genişləndirilmiş nəşri 2005-ci ildə "Gənclik"
nəşriyyatında işıq üzü görmüşdür. 1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir. Xatirəsini
əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş,
məktəbə, küçəyə və meydana adı verilmişdir. Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın
(Süleyman Rəhimov küç., 108) qarşısına xatirə
lövhəsi vurulmuşdur. Müşfiqin "Yenə o bağ olaydı", Oxu, tar" və bir
sıra başqa şeirləri Azərbaycan poeziya
xəzinəsinin inciləri sırasındadır. Mikayıl Müşfiqin şəkli olan marka, 2008-ci il Mikayıl Müşfiq 2 yaşında olarkən (1910) Əsərləri 1. Küləklər (şeirlər). Bakı: Azərnəşr, 1930, 99 səh.
2. Günün səsləri. Bakı: Azərnəşr, 1930, 130 səh.
3. Buruqlar arasında (poema). Bakı: Azərnəşr, 1932, 47 səh.
4. Vuruşmalar. Bakı: Azərnəşr, 1932, 36 səh. 5. Pambıq (şeir). Bakı: Azərnəşr, 1932, 15 səh.
6. Bir may. Bakı: Azərnəşr, 1932, 14 səh. 7. Şeirlər. Bakı: Azərnəşr, 1934, 172 səh. 8. Qaya (poema). Bakı: Azərnəşr, 1935, 29 səh.
9. Kəndli və ilan (el nağılı). Bakı: Azərnəşr, 1935, 18 səh.
10. Şəngül, Şüngül, Məngül. Bakı: Azərnəşr, 1934,
11. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1957, 192 səh.
12. Şəngül, Şüngül, Məngül. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
13. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1960, 424 səh.
14. Kəndli və ilan. Şəngülüm, Şüngülüm. Bakı: Azərnəşr, 1965, 32 səh.
15. Kəndli və ilan. Bakı: Azərnəşr, 1966, 16 səh.
16. Teleqraf telləri. Bakı: Azərnəşr, 1966, 80 səh.
17. Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1968, 16 səh.
18. Duyğu yarpaqları. Bakı: Azərnəşr, 1966, 250 səh.
19. Əsərləri (üç cilddə). I c. Bakı: 367 səh. 20. Əsərləri (üç cilddə). II c. 335 səh. 21. Əsərləri (üç cilddə). III c. 354 səh. 22. Yenə o bağ olaydı. Bakı: Gənclik, 1976, 166 səh.
23. Əbədiyyət nəğməsi. Bakı: Yazıçı, 1978, 309 səh.
24. Qaya. Bakı: Maarif, 1978, 118 səh. 25. Kəndli və ilan. Bakı: Gənclik, 1984,13 səh. 26. Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1983, 16 səh.
27. Kəndli və ilan. Bakı: Gənclik, 1984, 16 səh. 28. Könlümün dedikləri (şeirlər). Bakı: Gənclik, 1988, 56 səh.
29. Həyat sevgisi (şeirlər, poemalar, mənzum oçerklər, mənzum nağıllar). Bakı: Yazıçı, 1988,
304 səh. Tərcümələri 1. Yeqişe Çarens. Şeirlər. Bakı: Azərnəşr, 1934, 54 səh.
2. Taras Şevçenko. Kobzar. Bakı: Azərnəşr, 1934, 85 səh. (şərikli).
3. A.S.Puşkin. Qaraçılar. Bakı: Azərnəşr, 1930, 30 səh. (şərikli).
4. Marşak. Huşsuza bax, huşsuza. Bakı: Azərnəşr, 1935, 10 səh.
5. A.S.Puşkin. Qaraçılar. Bakı: Azərnəşr, 1937, 30 səh. (şərikli)
6. Marşak. Huşsuza bax, huşsuza. Bakı: Azərnəşr, 1936, 14 səh.
7. M.F.Axundov. Şərq poeması. Bakı: Azərnəşr, 1937, 31 səh.
8. Ömər Xəyyamdan: Rübailər. Bax: M.Müşfiq. Əsərləri, 3-cü cild. Bakı: Azərnəşr, 1973, səh.
97-134
9. Və digər tərcümələr. Bax: M.Müşfiq. Əsərləri, 3-cü cild. Bakı: Azərnəşr, 1973.
 
Yorumu gönderen: ggffddss, 27.11.2012 10:03:30:
mene yorum ekle

Mikayıl Musfiq
kenyuri tarih 26.11.2012, 19:09

Yorumu gönderen: NERMIN, 11.11.2013 10:24:06:
MEN BAXDIM ANCAQ O QEDERDE xowuma gelmedi

Abdullah Saiq
kenyuri tarih 25.11.2012, 21:55
  Abdulla Şaiq ABDULLA ŞAİQ Abdulla Şaiq Mustafa oğlu Talıbzadə Talıbzadə Abdulla Şaiq Mustafa oğlu– Azərbaycanın klassik şairi, yazıçısı, publisist. Məktəbdə oxuyarkən ədəbiyyat və hesab
müəllimləri həmişə balaca Abdullanı
başqalarına nümunə göstərirlər. A.Talıbzadə 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gəlir. Xorasanda o, dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam etdirir. On doqquz yaşlı
Abdulla yeddi ildə Xorasanda mükəmməl
təhsil alır, tarix, məntiq, psixologiya elmlərini,
Şərq, Azərbaycan, rus ədəbiyyatını öyrənir. 1900-cü ildə o, Tiflisə qayıdır. Bir müddət Tiflisdə qaldıqdan sonra A.Talıbzadə 1901-ci ildə Bakıya gəlir. Bakıda bir rus ziyalısının böyük kitabxanasını alır. Bir az sonra inqilabi
hadisələr, Sabunçu kimi fəhlə mahalında çalışması, əməkçilərin ağır həyatını öyrənməsi
və başqa olaylar onun dünyagörüşünü
genişləndirir. O, milli gələnəklərə, görənəklərə
bağlı, milli intibah, milli dirçəliş tərəfdarı olan
maarifçi pedaqoq, romantik şair kimi
formalaşır. Mollanəsrəddinçilərə yaxın olsa da, onlara hörmətlə yanaşsa da Şaiq baxışlarına,
ruhuna görə füyuzatçılara daha doğma idi. Yaradıcılığı Pedaqoq A. Şaiq 1901-ci il aprelin 22-də üçüncü oğla edilməsi, ibtidai və orta məktəblərin inkişafı,
milli müəllim kadrlarının hazırlanması kimi
problemləri həll etmək dururdu. Belə bir
dövrdə əsrin tanınmış ziyalılarıedir. 1906-cı ilin avqustunda Bakıda birinci müəllimlər qurultayı çağrılır. Qurultayın
təşkilində Şaiqin böyük xidmətləri olur. Gənc
müəllim ana dilinin və ədəbiyyatın tədrisinə
dair təşəbbüslə çıxış edir. Qurultay H.Zərdabi,
F.Köçərli, M.Mahmudbəyov, S.Sani, A.Şaiq və
başqalarından ibarət xüsusi komissiya seçir və Azərbaycan dilində müvafiq proqram
hazırlamağı onlara tapşırır. Birinci müəllimlər
qurultayından heç bir il keçməmiş neçə-neçə
yeni dərsliklər yaranır. "Əlifba", "Uşaq
çeşməyi", "İkinci il", n klassiklərinin həyaas
alim kimi onun xidmətləri böyükdür. A. Şaiq yaradıcılığına tərcümə və qəzəllə
başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq
şeri olur. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyamızın incilərini
yaradır. Şaiqin bir sıra şeirləri "Dəbistan" və
"Məktəb" uşaq-gənclər toplularında işıər və
milliləşdirmə məsələsi haqqında ilk çıxış edən,
onu təbliğ edən və həyata keçirənlərdən biri
də A.Şaiq olur. O, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı "Tələbə
həyatı" pyesini yazır, yarımçıq "Əsrimizin
qəhrəmanları" romanını tamamlayır. Bu
əsərlərdə müəllif vətən, millət, müstəqillik
arzularını dilə gətirir, milli dövlətçiliyimiz üçün
yeni milli kadrlar hazırlanması məsələsini önə çəkir. Azərbaycan Demokratik Respublikası
dövründə A.Şaiq poeziya yönümündə daha
həvəslə çalışır, Ə.Cavad, Əmin Abid, Ümgülsüm,
Əli Yusif, Əli Şövqi kimi gənc istiqlal şairlərini də
ruhlandırır. Onun bu illərdə qələmə aldığı "Yeni
ay doğarkən", "Türk ədəmi mərkəziyyət Müsavata ithaf", "Arazdan Turana" kimi şeirləri
ədəbi mühitdə dəyərləndirilən poeziya
örnəklərindəndir. Onun "Vətənin yanıq səsi"
şerində ulu oğuzların hünəri, Altay türkləri,
Elxan və Altun ordusu örnək göstərilir. Şair "İki mücahid" və yaxud "Atı yaralı əsgər"
şerində cahan savaşının yaraları, erməni
daşnaklarının Azərbaycan torpaqlarındakı
vəhşiliyi, Qarabağdakı fitnə-fəsadları ön plana
çəkir. "Ülkərin nuru ilə ziyalanan", "Uçan
nəğməsi ilə havalanan", "Xoş kölgəsində səfalanan" istiqlal şairinin cümhuriyyət sevinci
ürəklərə sərinlik gətirir. Ədib ADR dövründə maarif və məktəb
yönümündəki işini daha da canlandırır, bir
neçə məktəbi milliləşdirir, rus məktəblərində
Azərbaycan türkü sinifləri yaradır. Dövlətin
yaratdığı proqram və dərsliklər hazırlayan
komissiyasının üzvü kimi çalışır. Sovet dövrü Amma bu sevinc çox çəkmir. 1920-ci il aprelin
28-də rus ordusu (XI Qızıl Ordu) Azərbaycana
soxulur, kommunistlər hakimiyyəti ələ alır.
Buna baxmayaraq, A.Şaiq xalqın gələcəyi
naminə öz ədəbi-pedaqoji fəaliyyətini davam
etdirir. O, pedaqoji kurslarda, texnikumlarda və başqa məktəblərdə dərs deyir, mədəni-
maarif işlərinə yardım edir, bədii yaradıcılıqla
məşğul olur. 1923-cü ildə onun ədəbi-
pedaqoji fəaliyyətinin 20 illiyi təntənə ilə qeyd
edilir. Çalışdığı gimnaziya "Şaiq nümunə
məktəbi" adlandırılır. Bu məktəbdə bütün dərslər Azərbaycan Türk dilində aparılır. Təzə
açılan siniflərdə əsas müəllimlər A.Şaiq,
Q.Rəşad, C.Cəbrayılbəyli, S.Quliyev və başqa
ziyalılar olur. Lakin yeni yaranmış məktəb bir
çox problemlərlə üzləşir. Nə dərslik, nə də
proqram tapılır, müəllim kadrları çatışmır. Seçilmiş heyət A.Şaiqin rəhbərliyi ilə şagirdlər
üçün proqram və dərslik hazırlamağa başladı.
"Şaiq Nümunə miz şagirdlər ona ehtiramla
yanaşar, hörmət əlaməti olaraq "Mirzə"
deyərdik. 1923-cü ildə "Nümunə məktəbi"nin
ilk buraxılışı olur. Həmin buraxılış gecəsində tələbə və müəllimlərin arzusunu nəzərə alan
Maarif Komissarlığı və Baş Tərbiyə İctimaiyyə
Dairəsi bir çox dolanbaclı yollardan keçib
fəaliyyətini müvəffəqiyyətlə davam etdirən
məktəbi "Şaiq Nümunə məktəbi" adlandırmağı
qərara alır. 1918-ci ildə yaradılmış məktəb 10 il fəaliyyət göstərmişdir. Bu müddət ərzində
məktəbdə sivilizasiyaya doğru inkişaf
perspektivləri, əsrin əvvəllərində
Azərbaycanın dirçəldilmə imkanları, milli
şüurun sürətlə oyanma prosesi nəzərə
alınaraq müstəqil və real milli təhsil siyasəti həyata keçirilir. "Fitnə", "Qaraca qız" kimi
çeşidli pyeslər yazır. "Fitnə" və "Nüşabə" əsərl
M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzadə,
Z.Cabbarzadə və başqa müəlliflər uşaqlar üçün
əsər yazmağı ondan öyrənirlər. Alim, ədəbiyyatşünas, folklorçu kimi də çalışan
A. Şaiq klassik ədəbiyyat yönümündə
araşdırmalar aparır. Onun Nizami, Füzuli,
Nəsimi, Vaqif, M.F.Axundov, Mirzə Cəlil,
M.Cavid, M.Hadi kimi sənətçilər haqqındakı
fikirləri bu gün də dəyərlidir. Şairin Şərq ədəbiyyatı məsələləri, sufizm,
təsəvvüf, hürufilik, eləcə də çeşidli ədəbi
cərəyən və metod haqqındakı araşdırma və
axtarışları da maraqlıdır. Milli folklorumuzu ilk
dəfə toplayıb öyrənənlərdən biri də elə
A.Şaiqdir. Onun çağdaş həyata, elm və dil məsələlərinə aid yazıları isə xüsusi maraq
doğurur gürcü, tacik və başqa millətlərin
ziyalıları ilə dostluq edir, dünya xalqları
ədəbiyyatınlarının incilərini, Firdovsinin
"Şahnamə"sindən bir parça, Şekspirin
"Maqbet", C.Sviftin "Qulliverin səyahəti", Puşkin, Lermontov, Krılov, Qorki, Nekrasov və
başqa yazıçıların əsərlərini dilimizə çevirir. Şaiqin 20-30-cu illərdə dilimizin fonetika,
morfologiya, sintaksis və üslubiyyat
məsələlərinə dair yazdığı elmi məqalə və
əsərlərin bir çoxu indi də inkişaf etdirir.
Əslində, bu iki sahə onun fəaliyyətini
tamamlayır. Elmə, maarifə çağırış, gənc nəslin taleyi, tərbiyəsi, xalqın, vətənin gələcəyi kimi
məsələlər onun bədii əsərlərinin əsas mövzusu
olur. Müxtəlif illərdə yazdığı şeirlər, hekayələr,
povestlər, romanlar, dram əsərləri Şaiq
cəsarətinin, Şaiq dünyagörüşündəki qabaqcıl
meyllərin nümayişidir. Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun İkinci kitabına (Bakı, 2009) daxil edilmişdir
 
Yorumu gönderen: Kenyuri, 10.07.2013 11:30:41:
bir sey deyil Elvin
Yorumu gönderen: Elvin , 26.11.2012 10:20:18:
cox sağ ol

Mübariz İbrahimov
kenyuri tarih 25.11.2012, 21:47
  Mübariz Ağakərim oğlu İbrahimov İbrahimov Mübariz Ağakərim oğlu (7 fevral 1988, Əliabad, Biləsuvar, Azərbaycan SSR – 19 iyun 2010, Çaylı kəndinin yaxınlığı, Tərtər, Azərbaycan) — Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanda "ilin adamı" (2010). Həyatı Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində
anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə
daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri
xidmətini Daxili Qoşunların "N" saylı hərbi
hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib.
Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb.
Bir müddət sonra öz arzusu ilə cəbhə
bölgəsindəki hərbi hissələrdən birində xidmət
etməyə başlayıb. Qəhrəmanlığı Təsdiq edilməmiş versiyalara görə 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına
iki ordu arasındakı bir kilometrlik minalanmış
sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin
çox sayda əsgər və zabitini gözlənilməz birinci
həmlədə məhv edir. Sonra isə düşmənin öz
silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır
itkilərə məruz qoyur, onların zəif cinahlarını
üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər
saatlarında qeyri-bərabər döyüşdə
qəhrəmancasına həlak olur. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova " Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid
gizirə bu ad Azərbaycan Respublikasının
müstəqilliyinin və ərazi bütövlüyünün
qorunub saxlanılmasında müstəsna
xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu
İbrahimovun xatirəsini əbədiləşdirmək
məqsədilə aşağıdakılar qərara alınmışdır: Rəsmi məlumatda Mübariz Ağakərim oğlu
İbrahimov Azərbaycan Respublikasının
müstəqilliyinin və ərazi bütövlüyünün
qorunub saxlanılmasında müstəsna xidmət və
rəşadət göstərərək qəhramancasına həlak olduğu göstərilmişdir.[1] Atası Ağakərim İbrahimovun dediklərindən:
"Hadisənin səhəri günü tezdən saat 5-6
arasında mənə zəng gəldi. Soruşdular ki,
oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki,
çoxlu silah götürüb və ərazidən uzaqlaşıb.
Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar..." Azərbaycan Respublikasının, Ermənistan
Respublikasının və Rusiya Federasiyası
Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il
tarixli birgə bəyanatına uyğun olaraq, eyni
zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasının beynəlxalq təşkilatlarla
apardığı müntəzəm və səmərəli danışıqların
nəticəsində, Azərbaycan Respublikasının
Tərtər rayonu istiqamətində Ermənistan
hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan
hərbçi İbrahimov Mübariz Ağakərim oğlunun
meyiti 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınmışdır. Proses Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası və Müdafiə
Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq
Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir[2]. Bir gün sonra, noyabrın 7-də Müdafiə
Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən
vida mərasiminə Azərbaycan prezidenti, Silahlı
Qüvvələrin ali baş komandanı İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub[3]. 2010-cu il noyabrın 11-də Təzəpir məscidində
prezident İlham Əliyevin adından şəhid
hərbçilər – Milli Qəhrəman Mübariz İbrahimov
və "İgidliyə görə" medalıyla təltif olunnmuş
baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilib[4]. Dövlət tərəfindən aldığı yüksək
qiymət Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli
Qəhrəmanı" adının (ölümündən sonra)
verilməsi barədə sərəncam imzalayıb. Şəhid
gizirə bu ad Azərbaycan Respublikasının
müstəqilliyinin və ərazi bütövlüyünün
qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Prezidentin başqa bir sərəncamı ilə Milli
Qəhrəman Mübariz Ağakərim oğlu
İbrahimovun xatirəsini əbədiləşdirmək
məqsədilə aşağıdakılar qərara alınmışdır: 1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti Biləsuvar rayonunun orta
məktəblərindən birinə Mübariz
İbrahimovun adının verilməsini təmin etsin.
2. Biləsuvar Rayon İcra Hakimiyyəti
Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.[5] "Azərbaycanın Milli Qəhrəmanı
M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi
haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 22 iyul tarixli 1040
nömrəli Sərəncamının 1-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alınmışdır: Biləsuvar Rayon İcra Hakimiyyətinin
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
ilə razılaşdırılmış təklifini nəzərə alaraq,
Biləsuvar şəhərindəki lisey-məktəb
kompleksinə Azərbaycanın Milli Qəhrəmanı
Mübariz Ağakərim oğlu İbrahimovun adı verilsin.[6] "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tankerlərindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun adını verib. Mübariz
İbrahimovun adını daşıyan gəmi 2010-cu ilin
oktyabr ayının 15-də Türkiyədə "Beşiktaş" gəmiqayırma zavodundan suya endirilib.
Türkiyədə suya endirilmiş bu gəmi hazırda Milli
Qəhrəman Mübariz İbrahimovun adını dünya
sularında tanıdır. Milli Qəhrəman Çingiz Mustafayev Fondu və
"ANS" Şirkətlər Qrupu Azərbaycanın ərazi
bütövlüyü uğrunda göstərdiyi şəxsi
fədakarlığa, Döyüş tapşırığını yerinə
yetirərkən nümayiş etdirdiyi yüksək
peşəkarlığa, Azərbaycan xalqınının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə,
Qəhrəmancasına şəhid olub şəxsi nümunəsi
ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da
möhkəmləndirdiyinə, Azərbaycan
döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt
barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə
yetirməyə hazır olduğunu sübut etdiyinə görə,
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu "2010-cu ilin adamı" elan edib[7]. Son məktubu "Canım, atam və anam. Məndən sarı
darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik.
Mənim üçün bol-bol dua edin. Vətənin dar
günündə artıq ürəyim dözmür. Allaha xatir
bunu etməliyəm. Ən azından ürəyim sərinlik
tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə,
sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha
ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu
sədəqə verin. Seyid nəvəsi olaraq bunu
etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin". [8][9] Hərbiçi dostlarının xatirəsi “Mən onunla ilk dəfə tanış olanda 22 yaşı var
idi. Həmişə deyirdi ki, əlimə silah düşsə,
erməniləri qırıb-batıracam. Əvvəllər
fikirləşirdim ki, cavandı, beyni dumanlıdı,
yəqin ona görə belə danışır. Lakin bir gün əmin oldum ki, Mübariz
həqiqətən də dediyini edən oğlan imiş. O,
şəhid olan gün mən hərbi hissədə növbətçi
idim. Səhər növbəni təhvil verəndə zabit
yoldaşlarım dedi ki, bəs, bizim gizirlərdən biri
keçib ermənilərə tərəf, onları qırıb, məhv edib. Öz-özümə fikirləşdim ki, görəsən hansı gizir
edib bunu. Evə gəldim, televiziyada xəbərləri
izləyəndə Mübariz İbrahimovun şəklini
gördüm. Bir anlıq şoka düşdüm. Demək,
erməniləri qırıb-batıran gizir Mübariz imiş. Üç
gün özümə gələ bilmədim. Televiziyada onun şəklini görəndə yadıma düşdü ki, Mübariz bir
vaxtlar bunu edəcəyini demişdi. Biz onunla fəxr edirik. Mübariz heç vaxt
unudulmayacaq. Elə ermənilər də Mübarizi heç
vaxt unutmayacaq. Çünki o, düşmənin içinə
girib yüzlərlə erməni hərbçisi ilə təkbaşına 5
saatdan artıq döyüşmüşdü. Qaranlıq vaxtı ona
bata bilmirdilər. Mübariz əsl qəhrəman kimi döyüşüb. Yalnız hava işıqlananda Mübarizi
snayperlə vurmuşdular. Ermənilər hətta onun
ölüsündən də qorxurdular. Buna görə də əllərini bağlamışdılar”.[10]
 
Yorumu gönderen: kenyuri, 25.11.2012 17:50:52:
O ESL QEHREMAN İDİ!!!
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol