ALİYEV ELVİN

Maraqlı Faktlar

Yatan insanın çeçele barmağına toxunsanız bütün suallarınıza cavab verecek. 

Delfinler  gözü açıq yatır

Timsahın noxud boyda beyni var.

 İneyin medesi olmur
           

ƏrzaqlarŞərab

 
Məşhur Lui Paster (1822-1895-ci illər) deyir ki, «şəraba tam haqla cana faydalı içki kimi baxmaq olar». Amerikalı professor M.Emerinin fikrincə isə «şərab — kimyəvi bir simfoniyadır». Şərabın tərkibində 45-dən çox kimyəvi maddə vardır. Onlar insan orqanizminə xoş təsir göstərir.
Latınlara Vinum (şərab) sözü xaldeylərin dilindən keçmişdir. Mənası «qaynamaq», ya da şərab, şirənin acıması nəticəsində alınmış içki deməkdir.
Şərab deyəndə bizim nəzərimizə ilk növbədə üzüm şərabı gəlir. Həqiqətən də şərabı əsasən üzümdən hazırlayırlar. Lakin hansı xalqın şirin və şirəli meyvələri boldursa, onlardan da ənənəvi şərab əldə edilir. Ardı     

psixologiyaİnsan psixologiyasına aid maraqlı faktlar

 

1. Biz adətən öz valideynlərimizə oxşayan adamlara vuruluruq. Uşaqlıqdan valideynlərimizlə aramızda olan problemləri vurulduğumuz adamla həll etmək, çatışmazlıqları onda tapmağa çalışırıq.

2. Hətta müsbət hadisələr belə — universiteti bitirmək, evlənmək və ya yeni işə başlamaq, depressiyaya gətirib çıxara bilir.

3. Psixologiyada belə prinsip var: bir hadisədən nə qədər çox şey gözləyirsənsə, o qədər də çox məyusluq yaşayırsan. Çox gözləyirsən – az əldə edirsən, az gözləyirsən, çox əldə edirsən. Bu dəmir prinsipdir, heç bir istisna yoxdur.

4. İnsanlar tanış olmayan yerə gedib çıxanda adətən sağ tərəfdən geriyə dönürlər. Bunu bilməyin faydası: siz qələbəlik arasına düşmək istəmirsiniz, yaxud növbədə çox qalmaq istəmirsinizsə, sol tərəfə meyllənin.

5. Qıza deyin ki, ona hədiyyə almısınız və nə olduğunu tapmağını istəyirsiniz. O, istəklərini deyəcək.

6. Əgər gecələr sizə qarabasmalar əzab verirsə, böyük ehtimalla yuxuda donursunuz. Elmi faktdır – yataq nə qədər soyuq olarsa, o qədər çox  qorxulu yuxular görəcəksiniz.

7. Mütəxəssislərin müşahidələrinə görə mavi gözlü adamlar bir neçə dəqiqə ərzində aşiq ola bilərlər, qonur gözlü insanlar isə eyni zamanda iki nəfəri sevə bilərlər. Yaşıl gözlü adamların aşiq olması üçün uzun müddət lazımdır, hətta bir ilə yaxın. Yerdə qalanlar üçünsə bir saat bəs edir

 Maraqlı faktlar"Ştirlisin silahdaşlarının" yerinə "Ceyms Bondlar"...

Əsirlərin mübadilə edilməsi ənənəsinin dərin tarixi kökləri var. XX əsrdə silahlı qarşıdurmadansa, gizli əməliyyatlara daha çox üstünlük verildiyi bir zamanlarda «ifşa olunmuş» casusların mübadiləsi də ənənə şəklini almışdı. Bu ənənə yenidənqurma dövründə və Sovet İttifaqının dağılması illərində «unuduldu». Lakin son illərdə indiki Rusiya və ABŞ rəhbərləri bunu yenidən gündəmə gətirdilər. Analitik.az rus kəşfiyyat tarixinin ən məşhur mübadilələrinin bir neçəsini təqdim edir.

1962-ci il. Abel – Pauers

1962-ci il fevralın 10-da SSRİ və ABŞ arasında casuslarla mübadilələr içərisində səs-küyə səbəb olanlardan birincisi baş tutmuşdu. Birləşmiş Ştatlar ABŞ-ın ərazisində kəşfiyyat şəbəkəsinə uğurla rəhbərlik etmiş sovet kəşfiyyatçısı Rudolf Abeli 1948-ci ildə SSRİ-yə verdi. O, sovet qeyri-leqal kəşfiyyatçısı, «Vik» ləqəbli telefonoqramçı tərəfindən ifşa olunaraq, Federal Tədqiqatlar Bürosu ( FTB) tərəfindən 1957-ci ildə həbs edilib. Abel kəşfiyyatçı olduğunu inkar etdi və ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlığa getmədi. O, 32 il azadlıqdan məhrum edilib.

Ardı                                   

SFİNKSİN BURNU NİYƏ YOXDUR?

“Sfinks” sözü yunancadan tərcümədə “boğucu”, “boğan” mənasını daşıyır.
Sfinks – qadın başlı, şir bədənli, quş qanadlı mifoloji bir varlıqdır. Bu nəhəng heykəl Misir piramidalarının yaxınlığında yerləşir və təxmini 6500 il yaşı var. Əgər fikir vermisinizsə, bu heykəlin burnu yoxdur, daha doğrusu, burnu sındırılıb. Neçə əsrlər idi ki, bunun günahını gah almanlarda, gah britaniyalılarda, gah da ərəblərdə görurdülər. Daha sonra isə günahın Napoleonda olduğu qərarına gəldilər. Amma bu ittihamlar əsassızdır, gümanlardır.
Deyilənə görə, Sfinksın burnu Misirdə gedən müharibələr zamanı yadelli ordular tərəfindən sındırılmışdır. Digər iddiaya görə, I və yaxud da II Dünya Müharibəsi illərində Britaniya və ya Almaniya ordusu tərəfindən bu vandalizm törədilmişdir. Amma bu fikirin yanlış olduğuna dair faktlar var: 1886-cı ildə çəkilmiş fotolarda Sfinks burunsuzdur.

Ardı


MERSEDES-BENZ SİMVOLUNUN MƏNASI
Rəsmi məlumatlara əsasən, Mersedes –Benz simvolu üç təbii ünsürə işarədir – Su, torpaq, hava. Amma bu simvolun arxasında başqa mənalar da gizlənir.
Gəlin bu istiqamətdə axtarışlar aparaq və bu simvolun nə demək olduğunu, nə məna daşıdığını araşdıraq.

Simvolu əhatə edən dairə — hərəkət simvolu, yəni-təkər deməkdir. Dairə — həm də sonsuzluq, daim hərəkətdə olmaq, səma, zaman, kainat, aləm, dünya mənasında da ola bilir. Əslində isə, dairə — mifik və dini nöqteyi nəzərindən də daimiliyi xarakterizə edən bir işarədir. Mersedes-Benzin simvolundakı dairənin mənasının, — “bu avtomobilin uzunömürlü və daimi bir brend olacağı”- demək olduğunu deyənlər də çoxdur. Ardı
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol