ALİYEV ELVİN

Məntiq Testi

1)

Ardıcıllığı tamamlayın: 13, 16, 25, 52, 133, ?

a)256 b)276 c)356 d)376 e)843

 

2)

Hansı ədəd məşhur Fibonaççi sırasına daxil deyil? (F(0)=1; F(1)=1; F(2)=2;... F(n)=F(n-1)+F(n-2)).

a)13 b)8 c)34 d)55 e)81

     (Fibonaççi ədədləri barədə oxu)

 

3)

A B-dən böyükdür. C isə D-dən böyükdür. C A-dan da böyükdür. A D-dən kiçikdir. Onda D ... böyükdür.

a)A-dan və C-dən b)təkcə A-dan c)C-dən, B-dən və A-dan d)A-dan və B-dən e)Təkcə B-dən

 

4)

Digərlərinə uyğun gəlməyən 5-ci fiquru tapın. (Nömrələmə soldan sağadır)

a)1 b)2 c)3 d)4 e)5

 

5)

1)Sonrakı peşmançılıq fayda verməz. 2)Daldan atılan daş topuğa dəyər. 3)Ehtiyat igidin yaraşığıdır. 4)Yüz ölç bir biç, 5)İgid ölər, adı qalar.

Məntiqi uyğunluq tapın.

a) 1 , çünki 2. b) 2 , çünki 3. c)4 , çünki 1. d)5 çünki 3. e)3 , çünki 1.

 

6)

Dogər 4 fiqura uyğun gəlməyən 5-cini tapın.

a)1 b)2 c)3 d)4 e)5

 

 

7)

6 - 66 , 8 -104 , 10 - 150 , 12 - ?

a)144 b)156 c)180 d)184 e)204

 

8)

Uyğun gələn variantı seçin.

     Zaqatala, Astara, Kəlbəcər, Neftçala

     Ağstafa, Salyan, ?, Lerik

a)Balakən b)Zəngilan c)Yardımlı d)Abşeron e)Saatlı

 

9)

17 - ABŞ - 76

19 - Azərbaycan - ?

a)78 b)12 c)88 d)18 e)37


 

 

10)

Ədədlər ardıcıllığında ədədlərlə durduqları sıra nömrələrində riyazi asılılıq var. Tamamlayın.

4, 15, 40, 85, ?

a)121 b)125 c)156 d)187 e)210

 

 

11)

Pələng - Skandinaviya, Uzunboğaz çəkmə - ?

a)San-Marino b)Vatikan c)İtaliya d)Siciliya e)Tasmaniya

 

12)

aca - 3 , acb - 6, ada - 6, bdc - ? (a,b,c natural ədədlərdir.)

a)13 b)36 c)21 d)81 e)9

   

 

13)

Küçədəki binaları 1-dən 150-dək nömrələmək üçün zavoda metal ədədlər düzəltmək sifarişi verilir. Zavod üzərində 2 rəqəmi olan neçə ədəd lövhəcik düzəldəcək?

a)15 ədəd b)35 ədəd c)1 ədəd d)33 ədəd e)17 ədəd

 

14)

Digərlərinə uyğun gəlməyən 5-ci fiquru tapın. (Nömrələmə soldan sağadır)

a)1 b)2 c)3 d)4 e)5

 

15)

Ardıcıllıqda müəyyən məntiq var. Tamamlayın.

50, ?, 55, 70.

a) 51 b)52 c)70 d)90 e)102

 

16)

Sual işarəsinin əvəzinə hansı variant uyğun gəlir?

a)1 b)2 c)3 d)4 e)5

 

17)

2:48 - 6, 74 - 8, 25 - 4, 32 - 5, 40 - 6, 69 - 8, 238 - 15
3:48 - 3, 74 - 4, 25 - 2, 32 - 3, 40 - 3, 69 - 4, 238 -?

a)5 b)6 c)7 d)8 e)9

 

18)

Mənşə etibarilə artıq olanı seçin.

a)hökm b)məhəbbət c)vergül d)cümlə e)təyyarə

 

19)

Artıq olanı seçin.

a)Lion b)Soşo c)Trua d)Lans e)Sent Trüden


 

 

20)

Ütü - Soyuducu
Liviya - ?

a)Afrika b)Asiya c)Misir d)Tripoli e)Saxara

 

 

21)

Hərf dəyişikliyi ilə yazılmış sözlərdən biri digərlərinə uyğun deyil. Onu tapın.

a)Yubad b)Avakint c)İrna d)Uper e)Qokon

 

22)

Məlumdur ki, bir cüt A vəB nərd zərini atdıqda 6*6=36 cür nəticə alına bilər. Zərdə düşən nömrələrin cəminin 9-dan böyük olması ehtimalını tapın. (Ehtimal= (Tələbi ödəyən hallar)/(Bütün mümkün nəticələr). Məsələn düzgün qəpikdə gerb üzünün düşmə ehtimalı 1/2 - yə bərabərdir.)

a)1/12 b)5/36 c)1/6 d)7/36 e)11/36

   

 

23)

Artıq olanı seçin.

a)Paraleloqram b)Romb c)Trapesiya d)Piramida e)Kvadrat

 

24)

Digərlərinə uyğun gəlməyən 5-ci fiquru tapın. (Nömrələmə soldan sağadır)

a)1 b)2 c)3 d)4 e)5

 

25)

Ardıcıllıqda müəyyən məntiq var. Tamamlayın.

12, 1, 13, 2, 15, 3, x, y, ...

a) x+y=18 b) x+y= 22 c) x+y= 60 d) x+y=4 e) x+y= 21

 

26)

Sual işarəsinin əvəzinə hansı variant uyğun gəlir?

a)1 b)2 c)3 d)4 e)5

 

27)

Şəhər - Ölkə, Ada - Dəniz, ? - Səhra

a)Qum b)Külək c)Vahə d)Afrika e)Günəş

 

28)

20 faizlik artımla banka pul qoyan A bir ildən sonra bankdakı pullarını götürdü. Əgər götürülən pul 3000 manatdırsa, onda bank bir ildə onun pulunu nə qədər artırıb?

a)1000 manat b)600 manat c)2500 manat d)500 manat e)150 manat

 

29)

Zonaya uyğun artıq olanı seçin.

a)Xanlar b)Goranboy c)Tərtər d)Biləsuvar e)Yevlax


 

 

30)

Kompromis sözünə hansı daha çox uyğun gəlir?

a)Güzəşt etmək b)Təzminat vermək c)Ortaq məxrəcə gəlmə d)Qarşılıqlı şəkildə ittiham e)Ticarət etmək

 

 

31)

Artıq olanı seçin.

a)Cənubi Amerika b)Asiya c)Avropa d)Afrika e)Avstraliya

 

32)

Turnirdə 8 şahmatçı 1 dövrəlik sistem üzrə yarışır. Cəmi neçə oyun keçirilməlidir?

a)10 b)16 c)8 d)7 e)28

   

 

33)

Məntiqi uyğun gələni tapın: 7, 12, 23, ?

a)9 b)13 c)25 d)21 e)0

 

34)

Uyğun fiquru tapın.

a)1 b)2 c)3 d)4 e)5

 

35)

Da Vinçi, İsaak, Eynşteyn, Ernest, Albert, Y.Sebastyan, Leonardo, Nyuton, V.Amadey, Bax, Motsart, ?

a) Servantes b) Rembrant c) Heminquey d) Şopen e) Toriçelli

 

36)

Sual işarəsinin əvəzinə hansı variant uyğun gəlir?

a)1 b)2 c)3 d)4 e)5

 

37)

Artıq olanı seçin.

a)Qara b)Qırmızı c)Sarı d)Aralıq e)Ağ

 

38)

Diskriminasiya sözü hansı varianta uyğun gəlir.

a)Günahsızlıq, təqsirsizlik b)Fərqləndirmə, ayırma c)Cinayət törətmə, günah d)Ədəbi cərəyan e)Kompüter termini

 

39)

2 uzunqulağın 80 vahid miqdarında arpasını yarısını bu gün yarısını sabah olmaqla yem kimi bölmək lazımdır. 1-ci uzunqulağın 2-cidən 1.5 dəfə çox arpa yediyini nəzərə alaraq 1-ci uzunqulağa 1-ci gün neçə vahid miqdarda arpa düşür?

a)12 b)16 c)24 d)32 e)48


 

 

40)

3 nöqtənin yerində hansı variantdakı 4 hərf olsa hər 3 söz tamamlanar?
q..., müq..., əb...

a)s,ə,d,s b)l,i,əs c)b,i,l,l d)i,l,b,a e)ü,d,s,a

 

 

 

41)

Artıq olanı seçin.

a)Kür b)Araz c)Samur d)Sarısu e)Viləş

 

42)

Çempionatda B futbol klubu 25 oyundan sonra 21 qələbəylə 2-ci yerdədir. 1-ci yerdə gedən A klubu ondan az qələbə qazansa da, xalca öndədir. B klubunun 1 heç-heçə etdiyini nəzərə alsaq, A klubunun çempionatda neçə heç-heçə etdiyini tapın. (Qələbə 3 xal, heç-heçə isə 1 xalla qiymətləndirilir)

a)0 b)4 c)3 d)1 e)5

   

 

43)

Məntiqi uyğun gələni tapın:

12 - 12, 2 - 7, 8 - 10, 14 - 13, 6 - ?

a)10 b)8 c)9 d)6 e)12

 

44)

Uyğun fiquru tapın.

a)1 b)2 c)3 d)4 e)5

 

45)

Adaptasiya nədir?

a) Çevrilmə b) Uyğunlaşma c) Aşınma d) Adlama e) Süzülmə

 

46)

Artıq olan fiquru seçin.

a)1 b)2 c)3 d)4 e)5

 

47)

Tamamlayın: 1, 8, 17, 42, ?

a)100 b)101 c)110 d)115 e)120

 

48)

Mahiyyətcə artıq olanı seçin.

a)Almaniya b)Eritreya c)Uqanda d)Skandinaviya e)İsveç

 

49)

Sual işarələrinin yerinə hansı variant uyğun gəlir?
Meşə - Ağac - Meyvə - Çəyirdək.
? - Günəş sistemi - ? - İnsan

a)Kainat, Ay b)Süd yolu, Yer c)Günəş, Şüa d)Günəş, Materik e)Süd yolu, asteroidlər.


 

 

50)

Qatar - Dəmir yolu, İnsan - ?

a)Şosse b)Asfalt c)Səki d)Küçə e)Su

 

   

 

 
 
 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol